İsrail hərbçiləri azərbaycanlı diplomatları da hədəf alıb? -ÖZƏL

İsrail hərbçiləri dünən Cenində qaçqınların olduğu düşərgəsinin yanındakı xarici diplomatlardan ibarət nümayəndə heyətinə atəş açıblar. Fələstin Xarici İşlər Nazirliyindən bildirilib ki, bu hücum qorxutmaq məqsədi daşıyıb. Qrupda 35 diplomatın, o cümlədən türklərin olduğu bildirilib. Heyətin tərkibində bir çox ölkədən olan nümayəndə yer alıb. Hənin qrupda azərbaycanlıların da olub-olmaması dünəndən müzakirə olunur.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində azərbaycanlı diplomat olmayıb. Etibarlı mənbələr də bunu təsdiqləyib.
Kənan Novruzov
14:12 22.05.2025
Oxunuş sayı: 1190