Azərbaycan Türkiyə ilə Orta Dəhlizin inkişafını müzakirə edib

Azərbaycanla Türkiyə arasında Orta Dəhlizin inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Birol Akgün ilə görüşdük. Görüş zamanı Azərbaycan və Türkiyə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik. Xüsusilə avtomobil nəqliyyatı, dəmir yolu, aviasiya və Orta Dəhlizin inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd edilib.
13:21 22.05.2025
Oxunuş sayı: 946