Türk dövlətləri Budapeştdə 4 sənəd imzalayıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində üzv ölkələr dörd mühüm sənəd imzalayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
İmzalanan sənədlər bunlardır:
1. Türk Dövlətləri Təşkilatının Budapeşt Bəyannaməsi;
2. Dövlət başçıları Şurasının Əfqanıstanla bağlı bəyanatı;
3. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna qoşulması barədə qərar;
4. Türk Dövlətləri Təşkilatının Baş katibinin səlahiyyət müddətinin uzadılması haqqında qərar.
Budapeşt Bəyannaməsi regionda iqtisadi inteqrasiyanı gücləndirmək məqsədilə ticarətin genişləndirilməsi, gömrük prosedurlarının uyğunlaşdırılması və Orta Dəhlizlə Transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafını nəzərdə tutan konkret yol xəritəsini təqdim edir.
Nigar Rəhimova
20:00 21.05.2025
Oxunuş sayı: 897