Hakan Fidan: “Azərbaycanın yanında olmağa davam edəcəyik”

“Azərbaycanın yanında olmağa davam edəcəyik”.
Crossmedia.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxışında deyib.
“Qarabağ məsələsində digər Türk Dövlətləri Təşkilatının digər ölkələri ilə birlikdə hər zaman olduğu kimi, qardaş Azərbaycanı ən güclü şəkildə dəstəkləməyə davam edəcəyik”, - o bildirib.
Fatimə Məmmədova
19:42 21.05.2025
Oxunuş sayı: 1088