Türkiyədə hərbi təlimlər davam edir

Türkiyədə keçirilən “Anadolu Feniksi 2025” adlı beynəlxalq hərbi təlimlər uğurla davam edir. Təlimlər Konya şəhərində keçirilir və burada “Fil yürüşü” adlı mərasim baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Türkiyənin Milli Müdafiə Nazirliyi” məlumat yayıb.
12 may – 23 may tarixləri arasında keçirilən təlimlərdə Azərbaycan, ABŞ, Almaniya, Bosniya və Herseqovina, İtaliya, Qətər, Polşa, Rumıniya, Slovakiya və Səudiyyə Ərəbistanı da iştirak edir.
Nigar Rəhimova
18:50 20.05.2025
Oxunuş sayı: 667