Ceyhun Bayramov: Azərbaycan qazı 12 ölkəyə ixrac olunur, onlardan 10-u Avropa ölkəsidir

Azərbaycan qazı 12 ölkəyə ixrac olunur ki, onlardan 10-u Avropa ölkəsidir:
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
“Yeni əməkdaşlıq sahəsi isə enerjidir. Hazırda Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan arasında bu istiqamətdə birgə layihə icra olunur. Bu layihəyə başqa Avropa ölkələri də qoşulmaq istəyir”, - o qeyd edib.
Vurğulanıb ki, Mərkəzi Asiyada istehsal olunun "yaşıl enerji"nin Azərbaycan üzərindən Avropaya çatdırılması da bu layihənin tərkib hissəsi ola bilər. Bu istiqamətdə də əməli addımlar atılır.
13:30 25.04.2025
Oxunuş sayı: 656