Fələstində avropalı diplomatların olduğu avtomobil karvanına hücum edilib
İordan çayının qərb sahilində, Ramallah yaxınlığındakı xristian fələstinlilərin yaşadığı Taybeh kəndində Fransa, Belçika və Polşadan olan diplomatların olduğu avtomobil karvanına hücum edildiyi bildirilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə diplomatların zeytun yığımı ilə bağlı səfəri zamanı baş verib.
Məlumata görə, maskalı yeddi israilli məskunlaşan kvadrosikllərlə avtomobillərin ətrafını mühasirəyə alıb, diplomatların sənədlərini tələb edib və nəqliyyat vasitələrinə daş atıb.
Hücum zamanı Belçika konsulluğuna məxsus avtomobillərdən birinin şüşəsinin sındırıldığı bildirilir.
18:26 17.10.2026
Oxunuş sayı: 58