Biləsuvarda ağır qəzada ölənlərin adları məlum oldu
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.
Crossmedia.az-ın məlumatına görə, hadisə bu gün rayonun Səmədabad kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi "Toyota" markalı avtomobillə Səmədabad kəndi ərazisində olarkən idarəetməni itirib və avtomobil kanala aşıb.
Hadisə nəticəsində sürücü və sərnişini, 1966-cı il təvəllüdlü Tovuz Axundova ölüblər, avtomobildə olan 3 sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri azyaşlıdır.
Faktla bağlı araşdırma aparılır.
15:10 17.10.2026
Oxunuş sayı: 79