Binə Atçılıq Mərkəzində cıdır mövsümü başa çatıb
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün son yarışları keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyası məlumat yayıb.
Budəfəki yarışlarda 5 Qarabağ və 5 Dilbaz atı mübarizə aparıb.
3 yaşlı Qarabağ atlarının 1600 metr məsafəyə yarışında Hilal Nəzərovun çapdığı “Semum” atı 1 dəqiqə 58,65 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Mahmud Ağazadənin “Asya” atı 2 dəqiqə 6 saniyə nəticə ilə ikinci, Amina Hacıyevanın çapdığı “Yıldız” isə 2 dəqiqə 6,68 saniyə nəticə ilə üçüncü olub.
4 yaşlı Dilbaz atlarının 2400 metr məsafəyə yarışında Rauf Tahirovun çapdığı “Lavin” atı 3 dəqiqə 14 saniyə nəticə ilə qalib gəlib. Hilal Nəzərovun “Tomris” atı 3 dəqiqə 18,08 saniyə nəticə ilə ikinci yeri tutub. Rusif Abbasovun çapdığı “Savaş” atı isə 3 dəqiqə 25,18 saniyə nəticə ilə üçüncü olub.
18:46 17.10.2026
Oxunuş sayı: 132