Zelenski: Avropa ölkələri Starlink-ə alternativlər hazırlayır
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinin ABŞ-nin mövcud müqavilələrə baxmayaraq Starlink sisteminin fəaliyyətini məhdudlaşdıra biləcəyini nəzərə alaraq alternativlər üzərində işlədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, Starlink-dən istifadəni və “SpaceX” şirkəti ilə əməkdaşlığı davam etdirir.
Ukrayna lideri qeyd edib ki, yaranmış vəziyyət Avropa ölkələrini peyk rabitəsi sahəsində alternativ imkanlar yaratmağa sövq edir.
17:26 17.10.2026
Oxunuş sayı: 66