Pezeşkian: Biz ərəb, türk və ya iranlı deyil, müsəlmanıq
İran Prezidenti Məsud Pezeşkian müsəlman ölkələrini milli fərqlərdən daha çox ortaq dini dəyərlərə diqqət yetirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Pezeşkian çıxışında müsəlmanların ərəb, türk və ya fars kimliyindən asılı olmayaraq, ortaq mənəvi dəyərlər ətrafında birləşməsinin vacibliyini vurğulayıb.
“Əgər müsəlmanlar bir araya gəlib müzakirə aparsalar, ilk növbədə, bu mənada ərəb ölkəsi, türk ölkəsi və ya İran ölkəsi anlayışı yoxdur. Biz müsəlmanıq. Biz bir kişi və bir qadından yaradılmış, xalqlara və qəbilələrə ayrılmışıq. Allah qatında əsas olan ərəb, türk və ya fars olmaq deyil, təqvadır”, – deyə İran Prezidenti bildirib.
17:14 17.10.2026
Oxunuş sayı: 60