Ceyhun Bayramov Kaya Kallası Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Crossmedia.az xəbər verir ki, onlar bu barədə Azərbaycan XİN-də keçirilən birgə mətbuat konfransında danışıblar.
C.Bayramov qeyd edib ki, sülh sazişinin mətninin razılaşdırılması və bundan sonrakı mərhələdə Azərbaycanın Ermənistandan gözləntiləri barədə Aİ Ali nümayəndəsinə ətraflı məlumat verilib.
“Ermənistan konstitusiyasında dəyişiklik edilməli və artıq heç bir əhəmiyyət daşımayan ATƏT-in Minsk Qrupu, onun institutlarının ləğvi istiqamətində addımlar atılmalıdır”, - o əlavə edib.
13:33 25.04.2025
Oxunuş sayı: 666