Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.
Crossmedia.az xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir:
“Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”.
20:05 29.03.2025
Oxunuş sayı: 2253