Zelenski üçün təhlükəli seçim – Trampdan xəbərdarlıq
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynada hərbi baxımdan irəliləyiş əldə etdiyini bildirib və münaqişənin nizamlanmasına çağırıb. O, Rusiya qüvvələrinin nəzarətində olan ərazilərin həftədən-həftəyə genişləndiyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. Oktyabrın 20-də Ağ Evdə çıxış edən Tramp Ukraynanın vəziyyətini müsbət və ya mənfi qiymətləndirməyin mümkün olduğunu, lakin Rusiyanın irəliləməyə davam etdiyini deyib.
ABŞ lideri Rusiyanı yavaş, lakin davamlı hərəkət edən “böyük maşın”la müqayisə edib. Bununla yanaşı, Moskvanın razılaşma əldə etmək və münaqişəni həll etmək istədiyini də bildirib.
Tramp çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin gələcəyinə də toxunub. O, Zelenskinin sülh sazişindən imtina etməsinin çox ağır nəticələrə səbəb ola biləcəyini söyləyib.
23:57 20.10.2026
Oxunuş sayı: 54