Almaniya geri addım atmır – Qaz kəmərləri bərpa olunmayacaq
Almaniya kansleri Fridrix Merts “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin bərpasının nəzərdə tutulmadığını bildirib. Bu qərar enerji qiymətlərinin artması fonunda gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniya kanslerinin açıqlamasına münasibət bildirərkən deyib.
Lavrovun diqqət çəkdiyi məqama görə, qaz kəmərlərindən imtina Almaniyada elektrik enerjisinin bahalaşmasına səbəb olsa da, Berlin onların bərpasını planlaşdırmır.
22:44 20.10.2026
Oxunuş sayı: 58