Putinə xüsusi xahiş – Amerikalının vətənə qayıtması istənilir
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən amerikalı Stiven Hubbardın azad edilməsini xahiş etdiyini bildirib. O, Hubbardın vətəninə qayıtmasını istədiyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Tramp Rusiya lideri ilə söhbəti zamanı Hubbardın məsələsini ətraflı müzakirə etdiyini qeyd edib. “Mən ondan Hubbardı azad etməsini xahiş etdim. Görək, nə baş verəcək”, – deyə ABŞ prezidenti bildirib.
Stiven Hubbard 2024-cü ilin oktyabrında Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdlu döyüşçü kimi iştirak etməkdə təqsirli bilinərək 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2022-ci il aprelin 2-dən həbsdə saxlanılırdı və məhkəmə prosesində təqsirini etiraf etmişdi.
Bundan əvvəl Tramp noyabr ayında Çində Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə üçtərəfli sammit keçirmək istədiyini açıqlamışdı.
23:50 20.10.2026
Oxunuş sayı: 53