Niko Kovaç: "Sabah" bizə qarşı çox yaxşı çıxış etdi
"Sabah" çox güclü komandadır.
Crossmedia.az xəbər verir ki, bunu "Borussiya"nın baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"Bu, bizim üçün çox vacib qələbə idi. Matçdan çox razıyam. Hücum xəttində çox yaxşı çıxış etdik. Rəqibimiz çox güclü idi. Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər, bizə qarşı baxımlı çıxış etdilər. Əlimizə düşən fürsətlərədn maksimum istifadə etdik. 1 həftədə üçüncü dəfədir ki, səfərəd çıxış ediridk. Rəqib komanda vəziyyətdən çox yaxşı çıxırdı. İlk 10 dəqiqədə qapıya çoxsaylı zərbələr endirdik. Futbolçularım meydanda verilən tapşırıqları layiqincə yerinə yetirdilər".
O, "Sabah"ın vurduğu qolu dəyərləndirib:
"Standar vəziyyətdən qol buraxmaq bizi qəzəbləndirir. Çalışırıq ki, bu vəziyyətdə qapımızda qol görməyək. Əslində, həmin vəziyyətdə qapımızı toxunulmaz saxlaya bilərdik. Lakin "Sabah" həmin epizodda daha dəqiq oynadı. Bundan sonra künc zərbələrində və digər standart vəziyyətlərdə daha diqqətli olmalıyıq".
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
23:15 20.10.2026
Oxunuş sayı: 50