Azərbaycan cüdoçuları Özbəkistanda hazırlıq keçiblər
Azərbaycanın gənc qız cüdoçulardan ibarət milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
Bu barədə Crossmedia.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Hazırlıq prosesinə gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.
Təlim-məşq toplanışı oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək gənclər arasında Qran-pri turnirinə hazırlıq məqsədi daşıyıb.
15:22 20.10.2026
Oxunuş sayı: 51