Google Cloud-da fasilə gündəlik xidmətlərə təsir göstərdi
Google Cloud platformasında baş verən elektrik kəsintisi nəticəsində bir sıra xidmətlərin fəaliyyətində ciddi problemlər yaranıb. Nasazlıq xüsusilə Böyük Britaniyada müxtəlif tətbiqlərə, o cümlədən bank xidmətlərinə girişə təsir göstərib.
Crossmedia.az xəbər verir ki, bu barədə Google Cloud-un xidmətlərin vəziyyəti ilə bağlı açıqlamasında məlumat verilib. Şirkət problemin London şəhərində yerləşən “europe-west2” regionunda baş verən elektrik kəsintisindən qaynaqlandığını bildirib.
Google Cloud xidmətlərin tədricən bərpa olunmağa başladığını və hazırda mövcud iş yüklərinin fəaliyyətinin yenidən təmin edilməsinə üstünlük verildiyini açıqlayıb. Şirkətin məlumatına görə, mövcud iş yüklərinin tam bərpasının Türkiyə vaxtı ilə saat 16:00-dək başa çatdırılması gözlənilirdi.
Nasazlıq səbəbindən, xüsusilə Böyük Britaniyada istifadəçilər bir sıra tətbiq və texniki xidmətlərdən yararlanmaqda çətinlik çəkiblər. Bank əməliyyatları da daxil olmaqla, müxtəlif rəqəmsal xidmətlərdə problemlər qeydə alınıb.
06:24 21.10.2026
Oxunuş sayı: 57