İstanbuldakı İraq baş konsulluğuna silahlı HÜCUM

İstanbulun Şişli Esentepe məhəlləsində yerləşən İraq Respublikası baş konsulluğuna silahla hücum edilib.
Crossmedia.az "Haberglobal"a istinadən xəbər verir ki, motosikletlə hadisə yerinə gələn iki naməlum şəxs uzun lüləli silahlarla konsulluq binasına atəş açıb.
Hücum zamanı binaya 9 güllə dəyib, lakin xəsarət alan olmayıb.
Hadisədən dərhal sonra əraziyə polis qüvvələri cəlb olunub.
Hücumun kimlər tərəfindən və hansı məqsədlə həyata keçirildiyi araşdırılır.
Aybəniz Səfərova
03:50 22.03.2025
Oxunuş sayı: 855