CHP fövqəladə qurultaya gedir

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl aprelin 6-da partiyasının fövqəladə qurultaya gedəcəyini açıqlayıb.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə siyasətçi mətbuata açıqlamasında bildirib.
“Aprelin 6-da CHP-nin nümayəndələri fövqəladə qurultayda Atatürkün qurduğu partiyaya qəyyum təyin etməyə belə cəhd edənlərə inad iradələrini bildirəcəklər”, – o qeyd edib.
19:00 21.03.2025
Oxunuş sayı: 945