Saxta əl illüziyası ağrını azaldır

Almaniyada aparılan bir araşdırma zamanı "saxta əl illüziyası" ilə beynin ağrı hissi manipulyasiya edilib.
Crossmedia.az xəbər verir ki, TRT Haber-in yaydığı məlumata görə, Bochum şəhərindəki LWL Universitet Xəstəxanasının alimləri iştirakçıların real əllərini gizlədərək, onların yerinə saxta əl yerləşdirib və qırmızı işıqla işıqlandırıb. Bu zaman gerçək ələ istilik verilib.
Təcrübənin nəticələri göstərib ki, saxta əli həqiqi kimi qəbul edən insanlarda ağrı hissi xeyli azalıb.
Qeyd edək ki, mütəxəssislər bu üsulun gələcəkdə xroniki ağrıların, xüsusilə kompleks regional ağrı sindromunun müalicəsində istifadə oluna biləcəyini bildiriblər.
Fatimə Məmmədova
17:58 21.03.2025
Oxunuş sayı: 705