Azərbaycan Basketbol Liqasının XVII turunda daha bir oyun keçirilib

Azərbaycan Basketbol Liqasının XVII turunda daha bir oyun keçirilib.
Crossmedia.az xəbər verir ki, B qrupunda “Quba” “Şəki” ilə üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş “Şəki”nin qələbəsi ilə yekunlaşıb - 66:63.
Bu gün XVII turda daha bir matç keçiriləcək. A qrupunda “Abşeron” evdə “Sərhədçi”ni sınağa çəkəcək.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində NTD - "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77 hesabı ilə məğlub edib.
18:37 08.03.2025
Oxunuş sayı: 1991