Əhvaz Xalq Demokratik Cəbhəsi Azərbaycanın suverenliyini dəstəklədi
İran işğalçı rejiminin Azərbaycan Respublikasının daxili işlərinə müdaxiləsini və dini inanclardan sui-istifadə edərək bu ölkə xalqı arasında parçalanma yaratmasını qəti şəkildə pisləyiririk.
Crossmedia.az xəbər verir ki, bu barədə İran ərəblərinin təşkilatı Əhvaz Xalq Demokratik Cəbhəsinin yaydığı bəyanatda bildirilib.
Cəbhə İranın dini inanclardan sui-istifadə edərək bölgədə bölünmə yaratmaq hərəkətlərini tənqid edib və Tehranın proksi qüvvələrə və sərhədyanı müdaxilələrə dəstəyini dərhal dayandırmağa çağırıb.
“İraq, Livan və Yəmənin acı təcrübələri göstərir ki, məzhəb təhrikləri və proksi qüvvələrə dəstək milli suverenliyi və regional təhlükəsizliyi təhdid edir. Azərbaycan Respublikası bu dağıdıcı siyasətlərin təkrarlanması meydanına çevrilməməlidir.
Biz Azərbaycan Respublikası xalqı və hökuməti ilə həmrəylik elan edərək və bu ölkənin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərək, İran İslam Respublikasının terrorçu rejiminin Azərbaycan Respublikasının və digər qonşu və regional ölkələrin daxili işlərinə müdaxiləsinə dərhal son qoyulmasını tələb edirik.
Din müdaxilə üçün bəhanə deyil və millətlərin taleyi yalnız millətlərin öz əlləri ilə müəyyən edilir”, - bəyanatda vurğulanıb.(Axar.az)
16:13 23.10.2026
Oxunuş sayı: 59