ABŞ kəşfiyyatından sızdırılan sənədlər İsrailin İrana qarşı mümkün hücum planlarını ortaya qoyub



2024-cü ilin oktyabrında ABŞ-nin məxfi kəşfiyyat sənədlərinin sızdırılması nəticəsində İsrailin İrana qarşı ehtimal olunan hücum planları üzə çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edək ki, məlumatlara görə, İsrail hava hücumları kiber əməliyyatlar və sualtı qayıqlardan raket atışları vasitəsilə İranın hərbi obyektlərini hədəfə almağı planlaşdırır.
Sənədlərə əsasən:
Hava hücumları – İsrail Hərbi Hava Qüvvələrinin F-35 və F-15 qırıcıları Nəvatim və Ramon hava bazalarından qalxaraq, GBU-72 tipli bombalar və yüksək dəqiqlikli sursatlarla İranın strateji obyektlərini vurmağı hədəfləyir.
Kiber Əməliyyatlar- İsrailin kiber birlikləri İranın radar sistemləri, hava müdafiə sistemləri və erkən xəbərdarlıq sistemlərinə qarşı kiber hücumlar həyata keçirərək, onların fəaliyyətini iflic etməyi və beləliklə, hava hücumlarının effektivliyini artırmağı hədəfləyir.
Sualtı Qayıq Əməliyyatları- İsrailin “Delfin” sinifli sualtı qayıqları Fars körfəzində yerləşərək, İranın sahil obyektlərinə raket zərbələri endirməyi planlaşdırır.
Xumar Əhmədova
18:26 08.03.2025
Oxunuş sayı: 3527