İzmirdə Türkiyə-Azərbaycan IV Enerji Forumu keçiriləcək - EKSKLÜZİV

Bu ilin sentyabr ayında İzmirdə Azərbaycan-Türkiyə IV Enerji Forumu keçiriləcək.
Bu barədə energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, tədbirin nazir Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə baş tutacağı gözlənilir.
Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib.(Report)
16:06 06.03.2025
Oxunuş sayı: 588