CROSSMEDIA - Rusiya Şimali Koreya qoşunlarından necə istifadə etdi?-Şərh
Avropa

Rusiya Şimali Koreya qoşunlarından necə istifadə etdi?- Şərh

Şimali Koreya hərbçiləri Rusiyanın Kursk vilayətindən çıxıblar. Buna səbəb kimi onların ağır itkilər verməsi göstərilir. 

Kurskda çox ciddi döyüşlər gedir. Ukrayna bölgədə mümkün qədər çox möhkəmlənməyə çalışır. Rusiya isə, əksinə, qarşı tərəfin əks- hücumlarını dəf etmək üçün var gücü ilə çalışır. Belə demək mümkünsə, Kurskda ölüm – dirim savaşı gedir. 

Şimali Koreya hərbçilərinin Kurskdan çıxması və bunun mükün təsirləri barədə Crossmedia.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin fikrincə, koreyalılar müharibənin gedişinə ciddi təsir göstərəbilməyib: “Koreyalılar sadəcə istifadə olundu. Onlar bir növ “yem” oldu.


Ukrayna və müttəfiqləri koreyalılarla döyüşdüyü zaman Rusiya qoşunları nəzarətsiz ərazilərdə hərəkətə keçdilər. Geri çəkilmə və irəli getmə məsələsi isə nominal müharibə meydanının spesifik xüsusiyyətlərindən irəli gələn məsələlərdir. Böyük itkilər hesabına olsa da, rusların  irəliləməsinin bir faktoloji müşahidəsi var".

Bənövşə Həsənova

15:40 04.02.2025

Oxunuş sayı: 1173

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR