GTA VI bir gündə 3,79 milyard dollar gəlir gətirib
“Grand Theft Auto VI” (GTA VI) videooyunu satışa çıxarıldığı ilk gündə 3,79 milyard ABŞ dolları məbləğində satış göstəricisinə nail olaraq əyləncə sənayesində tarixi rekord müəyyənləşdirib.
Crossmedia.az xəbər verir ki, “Take-Two Interactive” şirkəti bu barədə məlumat yayıb.
Şirkətin noyabrın 20-də açıqladığı nəticələrə əsasən, “GTA VI” dünya üzrə ilk günün pərakəndə satışlarında 3,79 milyard dollarlıq göstəriciyə çatıb.
Bundan əlavə, oyun hələ rəsmi satışa çıxarılmamışdan əvvəl 32,5 milyon nüsxə satılıb.
“Take-Two Interactive” bildirib ki, indiyədək heç bir videooyun layihəsi öncədən satış mərhələsində bu qədər yüksək nəticə əldə etməyib.
“Rockstar Games” tərəfindən hazırlanan oyun həm ilk gün satış gəlirlərinə, həm də satışa çıxarılmazdan əvvəl satılan nüsxələrin sayına görə yeni rekord müəyyənləşdirib.
10:33 21.11.2026
Oxunuş sayı: 104