ABŞ-də "Nvidia" şirkəti ilə bağlı araşdırma başladılıb
ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) dünyanın aparıcı çip istehsalçılarından olan "Nvidia" şirkəti barəsində mülki araşdırmaya başlayıb.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə məlumat yayıb.
Bildirilib ki, araşdırma şirkətin keçmiş baş direktoru Censen Huanın (Jensen Huang) istefasından sonra başlanıb.
SEC şirkətin maliyyə və korporativ hesabatlarında investorlara yanlış və ya aldadıcı məlumatların təqdim edilib-edilmədiyini araşdırır.
Xüsusilə "Nvidia"nın Censen Huan ilə Sinqapurda yerləşən "Megaspeed" şirkətinin keçmiş rəhbərlərindən biri Elis Huan (Alice Huang) arasındakı münasibətlərə dair əvvəlki açıqlamaları diqqət mərkəzindədir.
ABŞ kəşfiyyat qurumları Elis Huanın Çin xüsusi xidmət orqanları ilə mümkün əlaqələrindən şübhələnirlər.
"Nvidia" daha əvvəl Censen Huanın həmin şəxslə qeyri-adi münasibətlərinin olması barədə məlumatları təkzib etmişdi.
Hazırda tənzimləyici qurum şirkətin açıqlamalarının investorları yanıldıb-yanıltmadığını araşdırır.
Qeyd edək ki, araşdırmanın başlanması şirkətin qanun pozuntusuna yol verdiyinin sübut olunduğu anlamına gəlmir.
12:31 18.11.2026
Oxunuş sayı: 98