Azərbaycanda bu şirkətlər ləğv olunur
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) balansındakı "2 nömrəli Sənaye Kombinatı", "Əlvanmetal Pansionatı", "Tikinti Sənaye Müəssisələri Kombinatı" və "Azərborukəmərtikinti Müəssisəsi" MMC-lər ləğv olunduqlarını elan edib.
Crossmedia.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini ƏMDX-nın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 139 ünvanına bildirə bilərlər.
11:23 18.11.2026
Oxunuş sayı: 110