Sevgi, pul və karyera: 17 noyabrın bürclərə mesajı
Hər yeni gün özü ilə fərqli astroloji təsirlər, dəyişikliklər və gözlənilməz
hadisələr gətirir. Planetlərin mövqeyi və astroloji hərəkətlər insanların
emosional vəziyyətinə, şəxsi münasibətlərinə, iş həyatına və qərarlarına
təsirləri baxımından maraq doğurur. Bəzi bürclər üçün yeni imkanlar və uğurlu
başlanğıclar gündəmə gələ, digərləri üçün isə səbir və ehtiyatlı davranmaq
vacib ola bilər.
Bəs noyabrın 17-də 12 bürcün nümayəndələrini nələr gözləyir?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında astroloq Nərmin Zeynalova
bildirib ki, Venera və Merkuri artıq retroqrad hərəkətdən çıxaraq düz hərəkətə
keçiblər:
“Bu isə astroloji baxımdan gündəlik işlərdə müəyyən rahatlıq və sabitliyin
yaranması kimi qiymətləndirilir. Bu dövrdə işlərin tədricən qaydasına düşəcəyi,
planların həyata keçirilməsinin asanlaşacağı gözlənilir. Məsələn, yeni telefon
və ya məişət texnikası almağı planlaşdıranlar üçün də əlverişli dövr hesab
olunur. Keçmiş münasibətlərlə bağlı narahatlıqların və gözlənilməz ünsiyyət
cəhdlərinin də azalacağı ehtimal edilir.
Bundan başqa, sabah Ay və Venera arasında harmonik aspekt yaranacaq.
Astroloji şərhlərə görə, bu təsir şəxsi münasibətlərdə mehribanlıq, anlaşma və
emosional rahatlıq üçün əlverişli şərait yarada bilər.
Digər tərəfdən, Günəş və Yupiter arasındakı gərgin aspekt diqqət tələb edir.
Bu astroloji vəziyyət insanların ambisiyalarını artıra, özlərinə həddindən
artıq güvənmələrinə və imkanlarını olduğundan yüksək qiymətləndirmələrinə səbəb
ola bilər. Buna görə də qərar qəbul edərkən obyektivliyi qorumaq və özünü
düzgün qiymətləndirmək vacibdir.
Bununla belə, Günəş və Yupiter arasındakı aspektin enerjisindən düzgün
istifadə etmək mümkün olarsa, iş həyatında müəyyən uğurlar qazanmaq, yeni
hədəflərə çatmaq və şəxsi nailiyyətlər əldə etmək üçün motivasiya yarana bilər”.
13:24 17.11.2026
Oxunuş sayı: 114