Azərbaycan nefti 100 dollardan aşağı düşdü
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,92 dollar və ya 3,82% azalaraq 98,76 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 102,68 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
09:35 17.11.2026
Oxunuş sayı: 124