Noyabrın son həftəsi kimlərə pul, kimlərə sevgi gətirəcək?
Noyabrın son həftəsi bəzi bürclər üçün yeni imkanlar, münasibətlərdə dəyişikliklər və karyera istiqamətində irəliləyişlərlə yadda qala bilər. Astroloji proqnozlara görə, noyabrın 22-də Günəşin Oxatan bürcünə keçməsi ilə yeni astroloji mərhələ başlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Teen Vogue” nəşrinin həftəlik astroloji proqnozunda bildirilib.
Astroloji şərhlərə əsasən, noyabrın 16-da Mars və Yupiterin Şir bürcündə birləşməsi ambisiyaları və hərəkətə keçmək istəyini gücləndirən dövr kimi qiymətləndirilir. Noyabrın 17–19-da isə Günəşin digər göy cisimləri ilə gərgin aspektləri emosional qərarlarda ehtiyatlı olmağı tələb edir.
Əqrəb bürclərini karyera və şəxsi hədəflərlə bağlı canlanma gözləyə bilər.
Oxatanlar üçün noyabrın 22-dən etibarən özünüifadə, müstəqillik və yeni başlanğıclar ön plana çıxır.
Şir bürclərinin diqqəti sevgi və ailə münasibətlərinə yönələcək.
Əkizlər üçün keçmişdə gərginlik yaşanan insanlarla münasibətləri düzəltmək imkanı yaranacaq.
Qoçlar intuisiyalarına güvənməli, Buğalar isə başqalarının emosional gərginliyini öz üzərlərinə götürməməlidirlər.
Xərçənglər diqqətlərini yarımçıq qalan işlərə yönəltməli, Qızlar isə eşitdikləri məlumatları dəqiqləşdirmədən nəticə çıxarmamalıdırlar.
Tərəzilər münasibətlərdə dostlarının dəstəyini hiss edə, Oğlaqlar dostluq əlaqələrini yenidən nəzərdən keçirə bilərlər.
Dolçalar emosiyalarını idarə etməyə çalışmalı, Balıqlar isə ətrafdakılara dəstək olmaqla yanaşı, öz məqsədlərini də unutmamalıdırlar.
Astroloji şərhlərdə bu həftənin əsas mövzusu köhnə inciklikləri geridə qoymaq, münasibətləri yenidən dəyərləndirmək və gələcək planlarına diqqət yetirməkdir.
09:00 17.11.2026
Oxunuş sayı: 114