Rusiya referenduma müdaxilə edib
Böyük Britaniyanın daxili təhlükəsizlik xidməti MI5-in rəhbəri Ken Makkallum 2016-cı ildə keçirilən Brexit referendumuna Rusiyanın müdaxiləsinin olduğunu bildirib, lakin bunun səsvermənin nəticələrinə təsirinin şişirdilməməsi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Makkallumun sözlərinə görə, Rusiyanın internet trolları və botları vasitəsilə referenduma müdaxilə etməsi artıq ictimaiyyətə məlum olan faktdır.
O, bununla belə, Rusiyanın müdaxilə cəhdlərinin referendumun nəticəsini dəyişdirdiyini iddia etmək üçün kifayət qədər əsas olmadığını vurğulayıb.
MI5 rəhbəri bildirib ki, rusiyalı trollar göstərdikləri fəaliyyətin məhdud nəticələrinə baxmayaraq, yenidən qəzetlərin ilk səhifələrində yer almaqdan məmnun qalardılar.
“Bir müdaxilə cəhdinin olması ilə nəticəyə təsir göstərilməsi arasında çox mühüm fərq var”, – deyə Makkallum qeyd edib.
O əlavə edib ki, bu cür fəaliyyət göstərən şəxslərin imkanlarını olduğundan daha böyük göstərməklə rəqiblərin maraqlarına xidmət etmək olmaz.
Qeyd edək ki, məsələ Böyük Britaniyanın Baş naziri Endi Börnhamın 2016-cı il referendumuna Moskvanın müdaxilə etməsinin “açıq-aydın” olduğunu bildirməsindən sonra yenidən gündəmə gəlib. Bu açıqlama Brexit tərəfdarlarının bir qisminin etirazına səbəb olub.
23:44 13.10.2026
Oxunuş sayı: 49