UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası növbəti oyununu keçirəcək
"Sabah" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa bu gün çıxacaq.
Crossmedia.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv Bakıda Çexiya təmsilçisi "Slaviya"nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Əlincə stadionunda, saat 15:00-da start götürəcək. Matçın baş hakimi norveçli Marius Hansen Qrotta olacaq.
Xatırladaq ki, "Sabah"ın U-19 kollektivi I turda İngiltərədə "Mançester Yunayted"ə beş cavabsız qolla uduzub. "Slaviya" isə evdə "Lans"dan üstün olub - 2:1.
09:46 13.10.2026
Oxunuş sayı: 48