Panamada 7,7 maqnitudalı zəlzələ: fövqəladə vəziyyət elan edildi
Panamada 7,7 maqnitudalı zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib. Yeraltı təkanlar nəticəsində təxminən 900 yaşayış evinə ziyan dəyib, 27 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, əsas zəlzələdən sonra bölgədə 200-dən çox afterşok qeydə alınıb.
Dağıntıların miqyası və zərərçəkənlərin vəziyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Hazırda zəlzələ nəticəsində ölənlər barədə məlumat yoxdur.
15:41 12.10.2026
Oxunuş sayı: 50