Soydaşımızın Bakıdakı görüşləri ərəb mətbuatında işıqlandırılıb
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Effat Mustafa Reza ilə görüşüb. Görüşdə Azərbaycan və Misir arasında mədəni və elmi əlaqələrin möhkəmləndirilməsi, azərbaycanlı tələbələrin Misirdə təhsil imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub. Səfir Misirdə təhsil almaq istəyən azərbaycanlı tələbələrə dəstək göstərməyə hər zaman hazır olduqlarını bildirib. Qeyd olunub ki, bu təşəbbüslər iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafına mühüm töhfə verir.
Soydaşımız, həmçinin Bakıda fəaliyyət göstərən Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, professor, dr. Tariq Əbu əl-Fütuh ilə görüşüb. Görüşdə Azərbaycan-Misir əlaqələrinin təhsil, elm və mədəniyyət sahələrində inkişaf perspektivləri, akademik tərəfdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Sonda Seymur Nəsirova “Təşəkkür” və “Təqdir” sertifikatları təqdim olunub.
Məlumat üçün bildirək ki, ötən il Misir Prezidenti Əbdülfəttah əs-Sisi azərbaycanlı tədqiqatçı-alimi Misir və Azərbaycan xalqları arasında mədəni, elmi və intellektual əlaqələrin inkişafına verdiyi töhfələrə görə I dərəcəli “Elm və fənlər” ordeni ilə təltif edib. Hazırda o, Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərir.
Soydaşımızın Bakıdakı görüşləri ərəb mətbuatının da diqqət mərkəzində olub. Görüşlərlə bağlı ətraflı məlumatı aşağıdakı linklərə keçid edərək oxumaq mümkündü.
https://elalmelarby.com/archives/64699
https://alekhbarya.net/archives/388586
https://beladona1.blogspot.com/2026/09/blog-post_30.html
https://alharir.info/126980-2/
https://www.elmashhad.online/Post/details/194520
15:52 06.10.2026
Oxunuş sayı: 39