İran NPT-dən çıxmağı nəzərdən keçirir
İran parlamentində ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb.
Crossmedia.az xəbər verir ki, “Fars” agentliyinin məlumatına görə, təşəbbüs parlamentdə təcili qaydada nəzərdən keçiriləcək. İran parlamentinin sədr müavini Əli Nikzad bildirib ki, hazırda layihənin mümkün beynəlxalq nəticələri də qiymətləndirilir. Report.az
Məsələ ilə bağlı İran daxilində fərqli mövqelər var. Bəzi deputatlar NPT-dən çıxışı dəstəkləsələr də, digər siyasi dairələr belə bir addımın Tehran üçün əlavə diplomatik və iqtisadi təzyiqlərə səbəb ola biləcəyini bildirirlər.
10:43 29.09.2026
Oxunuş sayı: 51