Ermənistan Aİ ilə tərəfdaşlığın dərinləşdirilməsini müzakirə edib
Ermənistan hökuməti Avropa İttifaqı ilə tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Sentyabrın 28-də xarici işlər nazirinin müavini Vahan Kostanyan Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Kostanyan Ermənistan parlamentinin Aİ-yə üzvlük prosesinin başlanmasına dair qəbul etdiyi qanun çərçivəsində hökumətin Avropa İttifaqı ilə tərəfdaşlığın dərinləşdirilməsinə sadiq olduğunu bildirib. Tərəflər Ermənistan–Aİ münasibətlərinin gündəliyini, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf perspektivlərini və tərəfdaşlıq sənədlərinin icrasını müzakirə ediblər.
Həmçinin Ermənistanın regional nəqliyyat şəbəkələrinə inteqrasiyası və bağlantıların inkişaf etdirilməsi məsələlərinə toxunulub. Görüşdə Ermənistan–Azərbaycan münasibətləri və regional əməkdaşlıq imkanları da müzakirə edilib.
09:57 29.09.2026
Oxunuş sayı: 58