BƏƏ-nin İsrailə xəbərdarlığı ilə bağlı yeni açıqlama
İsrail Baş nazirinin ofisi BƏƏ-nin 7 oktyabr hadisələrindən əvvəl Baş nazir Benyamin Netanyahuya xəbərdarlıq etdiyi barədə məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, Benyamin Netanyahunun ofisi bu barədə məlumat yayıb.
Ofisin açıqlamasında mətbuatda yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.
Qeyd olunub ki, 7 oktyabrdan əvvəl Netanyahu Birləşmiş Ərəb Əmirliklərindən hər hansı xəbərdarlıq almayıb.
Netanyahu ofisi bildirib ki, əgər bu məsələ ilə bağlı hər hansı məlumat daxil olubsa, həmin məlumat iki ölkənin kəşfiyyat kanalları vasitəsilə ötürülüb.
23:21 08.09.2026
Oxunuş sayı: 55