Zelenski Uitkoff və Kuşnerə xüsusi təyyarə təklif etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə növbəti dəfə Kiyevə Ukrayna Prezidentinin təyyarəsi ilə gəlməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Zelenski bildirib ki, Ukrayna hava limanları ABŞ nümayəndə heyətlərini qəbul etmək üçün texniki baxımdan hazırdır.
Onun sözlərinə görə, ABŞ nümayəndələrinin Kiyevə səfəri üçün həm Borispol hava limanından, həm də Julyanidə yerləşən “Kiyev” hava limanından istifadə etmək mümkündür.
Zelenski bu təklifin Uitkoff və Kuşnerin növbəti səfəri zamanı nəzərdən keçirilə biləcəyini qeyd edib.
22:09 08.09.2026
Oxunuş sayı: 49