Antalyada balaca tısbağaların dənizə ilk səfəri lentə alındı
Türkiyənin Antalya şəhərində balaca dəniz tısbağalarının sahildən dənizə doğru hərəkəti lentə alınıb. Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
Sualtı sənədli film rejissoru və operator Tahsin Ceylan komandası ilə birlikdə Antalya ərazisində dəniz tısbağalarının balalarının suya çatmaq üçün keçdiyi yolu izləyib.
Çəkilişlər Belek və Kızılot çimərliklərində aparılıb. Komanda balaların qumdan dənizə doğru hərəkətini müşahidə edib və bu anları görüntüləyib.
00:27 09.09.2026
Oxunuş sayı: 47