ABŞ və Britaniya superintellektual süni intellektə qadağa hazırlayır
ABŞ və Britaniyada qanunvericilər superintellektual süni intellektin hazırlanmasını qadağan etməyə yönəlmiş qanun layihələri üzərində işləyirlər.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Təkliflər həmçinin belə sistemlərin dünya üzrə yaradılmasının qarşısını almaq üçün beynəlxalq razılaşmaların əldə olunmasını nəzərdə tutur.
Bu təşəbbüs son dövrlərdə süni intellekt agentlərinin müstəqil fəaliyyəti ilə bağlı baş verən insidentlərdən sonra irəli sürülüb. “Hugging Face” platformasının sındırılması da bu hadisələr sırasında yer alıb.
Baş verənlər getdikcə daha güclü süni intellekt sistemlərinin insan nəzarəti olmadan fəaliyyət göstərə bilməsi ilə bağlı narahatlıqları artırıb.
Qanun layihələrinin qəbul olunma ehtimalının aşağı olduğu bildirilir. Bununla belə, təşəbbüsü dəstəkləyən fəallar hesab edirlər ki, bu sənədlər qabaqcıl süni intellekt üzərində dövlət nəzarətinin sərtləşdirilməsinin başlanğıcı ola bilər.
23:33 08.09.2026
Oxunuş sayı: 47