ABŞ-dən İranın nüvə proqramı ilə bağlı yeni mesaj
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “PBS” bu barədə məlumat yayıb.
Tramp İranla bağlı hazırkı müharibənin səbəblərindən birinin ölkənin nüvə silahı əldə etmək cəhdi olduğunu deyib.
“Hazırda ona görə müharibə aparırıq ki, nüvə silahı əldə etmək istəyən müəyyən bir ölkə var”, – deyə ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, İran nüvə silahının yaradılmasına çox yaxın olub, lakin hazırda belə bir silah əldə etmək üçün heç bir imkanının qalmadığını iddia edib.
“Onlar onu yaratmağa çox yaxın idilər. İndi isə bunu əldə etmək üçün heç bir şansları yoxdur”, – deyə Tramp qeyd edib.
21:38 08.09.2026
Oxunuş sayı: 43