ABŞ rəsmisi Kanadanın Baş nazirini sərt tənqid etdi
ABŞ-nin maliyyə naziri Skott Bessent Kanadanın Baş naziri Mark Karniyə ölkənin idarəçiliyinə diqqət yetirmək və seçki kampaniyasını dayandırmaq çağırışı edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Bessent Karniyə müraciətlə deyib: “Baş nazir Karni kampaniya aparmağı dayandırmalı və ölkəni idarə etməyə başlamalıdır. O, bunun baş verəcəyini bilirdi”.
ABŞ rəsmisi Vaşinqtonla Ottava arasında münasibətlərin pisləşməsi fonunda Kanadaya xəbərdarlıq da edib.
“Kanadalıların yerində olsaydım, ehtiyatlı olardım. Çünki onlarc olmadan ştatın üstünlüklərinə sahib olmaq istəyirdilər”, – deyə Bessent bildirib.
Onun sözlərinə görə, ABŞ və Kanada arasında mövcud razılaşmaların pozulması halında tərəflər arasındakı münasibətlərdə yeni dəyişikliklər baş verə bilər.
21:44 08.09.2026
Oxunuş sayı: 50