“Qarabağ”ın Kadi Borges qərarı AÇIQLANDI
"Qarabağ" AFFA İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək.
Bu barədə Crossmedia.az sorğusuna cavab olaraq Ağdam təmsilçisindən bildirilib.
"Köhlən atlar" qərarın dəyişməsi üçün apellyasiya şikayəti verməyəcək.
Xatırladaq ki, AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalandırıb. Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan "Sumqayıt" – "Qarabağ" qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, Ağdam təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.
16:01 04.09.2026
Oxunuş sayı: 39