˝Çəkməli pişik˝ əməliyyatının sirri açılıb
İsrailin 13-cü telekanalı Mossadın İranda hakimiyyət dəyişikliyi üçün ˝Çəkməli pişik˝ kod adlı gizli plan hazırladığını iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, plan 2025-ci ilin iyununda baş verən 12 günlük müharibədən sonra hazırlanıb və həmin vaxt Mossada rəhbərlik edən Devid Barnea tərəfindən dəstəklənib. İddialara əsasən, ssenaridə kürd silahlı qruplarının İrana daxil olması da nəzərdə tutulub.
Hesabatda İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın adı mümkün siyasi ssenarilər çərçivəsində çəkilir. Nəşrin yazdığına görə, planın icrası zamanı ABŞ-nin mövqeyi dəyişib və Vaşinqton kürd qüvvələrinin İran ərazisinə daxil olmasının dayandırılmasını tələb edib. Bu səbəbdən planın həyata keçirilmədiyi bildirilir.
22:10 01.09.2026
Oxunuş sayı: 45