Hakan Fidandan Azərbaycan-Ermənistan sülhü ilə bağlı AÇIQLAMA
Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra regionda vahid təhlükəsizlik arxitekturasının formalaşdırılması mümkün ola bilər.
Crossmedia.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə açıqlama verib.
Fidanın sözlərinə görə, hazırda bu məsələ aktiv danışıqların mövzusu deyil və yalnız strateji perspektiv kimi nəzərdən keçirilir.
Türkiyənin xarici işlər naziri həmçinin Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın regional sabitliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
15:40 29.08.2026
Oxunuş sayı: 49