Azərbaycanda badam istehsalına dair vəziyyət açıqlanıb
2021-2025-ci illərdə Azərbaycanda badamın ümumi əkin sahəsi 1,8 dəfə artaraq 5 min hektar, barverən sahə isə 2,3 dəfə artaraq 3,3 min hektar olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Ağsu rayonuna təşkil etdiyi media-turda məlumat verilib.
Bildirilib ki, müqayisə olunan dövr ərzində badamın istehsal həcmi isə təxminən 3 dəfə artaraq 9,3 min tona çatıb. Eyni zamanda, badam üzrə məhsuldarlıq göstəricisi 26,9 % artaraq hektardan 27,8 sentner olub. 2021-2025-ci illər ərzində 2 min hektardan çox yeni badam bağları salınıb. Bu dövr ərzində intensiv və superintensiv bağların sahəsi isə 2,7 dəfə artaraq 3,5 min hektar olub. 2025-ci ildə intensiv və super intensiv bağlar cəmi badam bağlarının 69,3 %-ni təşkil edib. 2025-ci ildə salınmış yeni badam bağlarının 74 %-ni intensiv və superintensiv bağlar təşkil edib.
2025–2026-cı təsərrüfat ilində salınmış, müəyyən edilmiş meyarlara və subsidiya tələblərinə cavab verən badam bağlarının hər hektarına 3 500 manat subsidiya ödənilib.
16:33 27.08.2026
Oxunuş sayı: 47