116 QIZIN 18 yaşına çatmadan nikahı rəsmiləşdirilib
Ötən il nikahları rəsmi qeydə alınmış 18 yaşadək oğlan və qızların sayı 117 olub.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, bu barədə "Azərbaycanda uşaqlar" adlı statistik məcmuədə bildirilib.
Qeyd edilib ki, nikahı qeydə alınan qızların sayı 116, oğlanların sayı isə 1 olub. Bu rəqəmlər 2024-cü ildə isə 185-in 0-a nisbətdə olub.
Nikahların ümumi sayı isə 2025-ci ildə 48 546, 2024-cü ildə isə 49 508 olub.
Xatırladaq ki, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunur.(Report)
16:16 25.08.2026
Oxunuş sayı: 38